Raqif Raufoğlu
SƏSLİ KİTAB
Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂 Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər. Təşəkkür edirik! BİZƏ DƏSTƏK OLA BİLƏRSİNİZ https://kofe.al/@seslikitab
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
Müharibə nəyə lazımdır - Eynşteyn ilə Freydin məktublaşması | SƏSLİ KİTAB #77 02.02.2022 9:02
“Niyə müharibə?” başlığı altında nəşr olunan yazışmanın təşəbbüskarı Albert Eynşteyn idi. 30 iyul 1932-ci ildə Postdam yaxınlığındakı Kaput məntəqəsindən ilk məktubu yazan Eynşteyn, kainatdakı hadisələr haqqında obyektiv düşünmək vərdişinin insan iradəsinin və psixologiyasının qaranlıq dəhlizlərini başa düşmək üçün kifayət etmədiyini bildirir. Bu kitabda Albert Eynşteyn ilə Ziqmund Freydin müharib...
Müharibə nəyə lazımdır - Ziqmund Freydin Eynşteynə məktubu | SƏSLİ KİTAB #76 31.01.2022 12:15
“Niyə müharibə?” başlığı altında nəşr olunan yazışmanın təşəbbüskarı Albert Eynşteyn idi. 30 iyul 1932-ci ildə Postdam yaxınlığındakı Kaput məntəqəsindən ilk məktubu yazan Eynşteyn, kainatdakı hadisələr haqqında obyektiv düşünmək vərdişinin insan iradəsinin və psixologiyasının qaranlıq dəhlizlərini başa düşmək üçün kifayət etmədiyini bildirir. Bu kitabda Albert Eynşteyn ilə Ziqmund Freydin müharib...
General Polad Həşimov Xatirələrdə | SƏSLİ KİTAB #75 28.01.2022 12:27
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” adlı bölmədə isə generalın ta uşaq...
Brian Tracy - Milyon Dollarlıq Vərdiş | SƏSLİ KİTAB #74 27.01.2022 11:27
Xoşbəxt və uğurlu olmaq üçün ilk öncə öz xarakterinizi formalaşdırmalısınız. Siz, başqalarının rəğbətlə baxdığı insan olmaq istəyirsinizmi? Öz cəmiyyətinizdə lider və ətrafınızdakı insanlar üçün şəxsi nümunə olmaq istəyirsinizmi? İstənilən halda, həyatımızın hər bir sahəsində bu məqsədlərin hər birinə nail olmaq üçün həlledici faktor, bizi istədiyimiz nəticələrə doğru aparacaq adətlərin formalaşd...
Əbdürrəhim Bəy Haqverdiyev - Hekayələr | SƏSLİ KİTAB #73 25.01.2022 13:08
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda böyüməsinə, təlim-tərbiyə almasına xidmət edən Əbdürrəhim bəy Haqverdiyevin “HEKAYƏLƏR” kitabına “Ata və oğul”, “Mozalanbəyin səyahətnaməsi”, “Bomba”, “Marallarım”, “Dəccalabad”, “Mirzə Səfər”, “Diş ağrısı”, “Pir”, “Çeşmək” və s. hekayələri daxil edilib. Müəllifin sati...
Devid Oqilvi - Reklamçının etirafları | SƏSLİ KİTAB #72 23.01.2022 7:35
“Reklamın atası” hesab olunan Deviq Oqilvi 37 yaşında öz reklam agentliyinin əsasını qoymuşdur. Sonralar bu agentlik indi “Ogilvy & Mather” kimi tanınan beynəlxalq reklam şirkətinə çevrilmişdir. Reklama reklam agentliyinin gözü ilə baxan bu kitab Oqilvinin təcrübəsinə əsaslanan konseptlər, taktikalar və texnologiyalardan, həmçinin insanların hansı reklamlara nə cür reaksiya verdiyi barədə araşdırm...
Benjamin Franklin - Avtobioqrafiya | SƏSLİ KİTAB #71 17.01.2022 11:03
100-lük ABŞ dollarını və ya onun surətini əlinə götürmüş hər adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.
Viktor Hüqo - Səfillər | SƏSLİ KİTAB #70 10.01.2022 7:38
Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının yaradıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur. Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənmə...
Ken Blanchard, Spencer Johnson - Yeni bir dəqiqəlik menecer | SƏSLİ KİTAB #67 10.01.2022 8:36
Onilliklər boyu, “Bir dəqiqəlik menecer” milyonlarla adama professional və şəxsi həyatında uğur qazanmağa kömək edib. Onun istinad etdiyi prinsiplər dəyişməsə də kitabın ilk nəşrindən bəri keçən dövrdə dünyamız əsaslı surətdə dəyişmişdir. Texnologiyanın eksponensial şəkildə dəyişməsi, bazarların qlobal tarazlaşması, ani rabitə əlaqəsi imkanları və maddi ehtiyatlar, maliyyə, işçi qüvvəsi də daxil o...
Orhan Pamuk - Bəyaz Qala | SƏSLİ KİTAB #66 10.01.2022 9:54
XVII əsrdə türk piratlarının ələ keçirdiyi bir venesiyalı İstanbula gətirilir. Astronomiya, fizika və rəsm qabiliyyətinə sahib olan bu kölə bənzər cəhətlərə sahib bir türk tərəfindən satın alınır. Bu iki insanın arasında sirli bir bənzərlik vardır. Qul sahibi öz köləsindən Venesiya və Qərb elmini öyrənmək istəyir. Bu iki bənzər insan (ağa və qul) bir-birini daha yaxından tanımaq, dinləmək və danış...
Altay Məmmədov, Natiq Səfərov - Xəzinə | SƏSLİ KİTAB #65 10.01.2022 12:04
“Xəzinə” – Azərbaycanda analoqu olmayan bir kitab! Oxuyan da peşman olacaq, oxumayan da. Niyəsini oxuyanda biləcəksiniz. Dünyanın ən məşhur simaları – filosoflar, sərkərdələr, diktatorlar, elm-incəsənət xadimləri, biznesmenlər, siyasətçilər və Molla Nəsrəddin sizinlədir. Uğur qazanmağın yolları, idarəetmənin sirləri, bir sözlə, əsl xəzinə buradadır. Bir kitabı oxumaqla minlərlə kitabı oxumuş, bir...
Avesta (parçalar) | SƏSLİ KİTAB #64 10.01.2022 11:17
Qədim zamanlarda Şərq dünyasının mədəni və ictimai həyatına böyük təsir göstərmiş cərəyanlardan biri Spitman Zərdüştün yeni dini – məzdyəsna dini olmuşdur. Azərbaycan, İran, Orta Asiya və Əfqanıstanda yazılmış bu dinin müqəddəs kitablar külliyyatı – Avesta ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edilmişdir. Müəllifi peyğəmbər Zərdüşt hesab edilən Avestanın əks etdirdiyi əxlaqi, mənəvi normalar v...
Mihay Çiksentmihayi - Axın | SƏSLİ KİTAB #63 10.01.2022 10:15
Dünyaca məşhur “axın nəzəriyyəsi” insanın həqiqətən necə xoşbəxt ola biləcəyini açıq şəkildə ortaya qoyur, xoşbəxtliyin nəzarətdənkənar bir zövq axtarışı ilə deyil, şüurlu səadət, başqa sözlə desək, axın təcrübəsinin köməyi ilə qazanıldığını göstərir. Axın nəzəriyyəsinin nə olduğunu izah edən və bu təcrübəni həyatımıza necə tətbiq edəcəyimizi təqdim edən bu kitab adı çəkilən nəzəriyyənin sahibi do...
Alan Fridman - Mənim yolum. Berluskoninin həyatı öz dilindən | SƏSLİ KİTAB #62 10.01.2022 13:28
Səyahət gəmisində müğənnilikdən daşınmaz əmlak kralına, milyarder media maqnatından İtaliyanın indiyə qədər ən uzun müddət hakimiyyətdə olan mübahisəli baş naziri vəzifəsinə qədərki enişli-yoxuşlu yollarla addımlamış Silvio Berluskoninin həyatı güclü qasırğanı xatırladır. Bəziləri üçün hər şeyə özü nail olmuş şanslı adam, başqaları üçün qadın düşkünü, şəhvət dəlisi və özünə qarşı maraq yaradan opp...
Gabriel Garcia Marquez - Polkovnikə məktub yoxdur | SƏSLİ KİTAB #61 10.01.2022 10:29
Misilsiz bir sənət nümunəsi olan – “Polkovnikə məktub yoxdur” əsəri ilk dəfədir ki, Azərbaycan dilində ayrıca kitab kimi nəşr olunur. …Polkovnik gənc yaşlarında böyük bir qəhrəmanlıq göstərib – sülh sazişi imzalanacaq yerə üsyançıların qızıl xəzinəsini çatdırıb. Üstündən əlli il ötəndən sonra da o, bu igidliyin müqabilində cavab gözləyir, gözləməkdən usanmır – sağ qalmış sonuncu müharibə veteranla...
Ksenofon - Sokrat haqqında xatirələrim | SƏSLİ KİTAB #59 10.01.2022 9:04
Ksenofonun öz müəllimi olmuş Sokrat haqqında yazdığı üç kitabı bugünümüzə gəlib çatmışdır: “Sokrat haqqında xatirələrim”, “Ev tikmək haqqında”, “Qonaqlıqda”. Ksenofonun baxışlarınıza çatdırdığım “Sokrat haqqında xatirələrim” kitabında müəllif özünün şahidi olduğu hadisələrlə yanaşı, çağdaşlarından Sokrat haqqında eşitdiyi bir sıra hadisələri də yazıya almışdır. Ona görə də “Sokrat haqqında xatirəl...
Oljas Süleymenov - Türklər tarixdən əvvəl | SƏSLİ KİTAB #58 10.01.2022 9:48
Slavyan və türk dilləri uzun illər boyunca bir-birindən ayrı surətdə, əlahiddə şəkildə tədqiq edilib. Bu kitabda isə bir-biri ilə tarixən sıx ünsiyyətdə olan iki mədəniyyətin kökləri, slavyan və türk etnoslarının qarşılıqlı əlaqədə inkişafı haqqındakı elmi-nəzəri fikirlər yer alır. Dillərin təşəkkülünün ilkin dövrlərində qrammatik normaların birgə işlənib hazırlanmasına, leksik materialların, morf...
Xalid Hüseyni - Çərpələng uçuran | SƏSLİ KİTAB #57 10.01.2022 7:57
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da t...
Hillari Klinton - Çətin seçimlər | SƏSLİ KİTAB #56 10.01.2022 5:06
Dünya mətbuatı "Çətin seçimlər" kitabı haqqında "Məharətlə və həssaslıqla yazılmış bir kitabdır..." "THE NEW YORK TIMES" "Məlumatlar aydın, yeri düşdükcə isə olduqca maraqlıdır". "THE WASHINGTON POST" "Çox dəyərli, hətta heyrət doğuran bir kitabdır". "FOREIGN AFFAIRS" "Özündə tarixə dair dəyərli məlumatlar ehtiva edir..." "THE HOUSTON CHRONICLE" "İfadəlidir..." "ENTERTAINMENT WEEKLY" "Əhəmiyyətini...
Aleksandr Düma - Üç muşketyor | SƏSLİ KİTAB #55 10.01.2022 8:10
Aleksandr Dümanın “Üç muşketyor” romanı fransız ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazılmasına baxmayaraq bu əsər müasir dövrdə də öz populyarlığını itirməyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclərin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, hisslərin romantikası – bütün bunlar təkcə Fransada deyil, onun sərhədlərindən çox-çox uz...
Qurban Səid - Qızıl buynuzdan olan qız | SƏSLİ KİTAB #53 10.01.2022 8:56
Məşhur “Əli və Nino” romanının müəllifi kimi tanıdığımız Qurban Səidin ilk dəfə 1938-ci ildə Vyanada nəşr olunmuş “Qızıl Buynuzdan olan qız” əsəri yazıçının ustalığı və mətnin bədii siqləti cəhətdən diqqəti çəkir. Şərq və Qərb mədəniyyətləri, dəyərləri, adət-ənənələri, düşüncələri arasındakı amansız mübarizəni əks etdirən roman bu gün dünyanın onlarla dilinə tərcümə edilib, oxucuların qəlbini fət...
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics