fr

Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com

Auteur

Avto FM 107.7

Catégorie

Leisure

Site du podcast

www.spreaker.com

Dernier épisode

23 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

Hansı zolaq daha təhlükəsizdir? 07.05.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yollarda ən təhlükəsiz zolaqdan, zolağı düzgün seçə bilməyən sürücülərdən, paytaxtın müxtəlif küçələrində zolaq problemindən danışdıq.

Köpdən xilas olmağın yolları 07.05.2024

"Faydalı saat" verilişində qastroenteroloq Nərmin Musayeva köp yaradan səbəblərdən və qidalardan, köpdən xilas olmağın yollarından, həzm sisteminin pozulması hallarından, oturaq həyat tərzinin mədə-bağırsaq sisteminə təsirindən, su qəbulu üçün ən ideal saatlardan danışdı.

Sinqapurda təhsil və səyahət I Yol əhvalatı #446 07.05.2024

Qonağımız, filologiya üzrə fəlsəfə doktoru,İCF tələbə və valideyn kouçu, Günay Məmmədova təhsillə bağlı Sinqapur və İsveçrə səfərlərindən və həmçinin fərqli ölkələrdə olan təhsil sistemindən danışdı.

"Zipline" etmək üçün son sözlərini deməlisən I Yol əhvalatı #445 06.05.2024

Bu günkü qonaqlarımız Elnarə Qurbanova və Elvira Osmanova birlikdə səyahət etdikləri Ras-Əl-Xayma, Dubay və Şri-Lankada başlarına gələn maraqlı əhvalatları bizimlə bölüşdülər.

"Sürücülərin ən çox qarşılaşdıqları qayda pozuntuları 06.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli paytaxtda ən çox yol verilən qayda pozuntularından, iradları qəbul etməyən sürücülərdən danışdı və dinləyicilərin yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırdı.

Epilepsiya: Doğru bildiyimiz yanlışlar 06.05.2024

"Faydalı saat" verilişinin qonağı beyin və sinir cərrahı Tural Rəhimli ilə birlikdə epilepsiyanın xüsusiyyətlərindən, əməliyyata uyğun olan vəziyyətlərdən, müalicə dövründən və avtomobil qəzaları zamanı xəsarət alanlara ilk doğru tibbi yardımdan danışdıq.

Danışır sahibkar I Murad Əliyev 06.05.2024

Bu gün "Danışır sahibkar" da qonaq olan "Sufle" MMC-nin direktoru Murad Əliyev, biznesin inkişafından, nə qədər maliyyə lazım olduğundan və biznesi böyütməyin yollarından danışdı.

Bakıda parklanma problemi 03.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə səkiləri zəbt edən sürücülərdən, paytaxtda parklanma probleminin ən çox yaşandığı ərazilərdən, parklanma qaydalarını pozan sürücüləri gözləyən cəzalardan danışdıq.

Yaşamaq üçün ideal ölkələr I Yol əhvalatı #444 03.05.2024

Bu günkü qonağımız  Mehriban Həsənova İtaliya,ABŞ,Vyana,İspaniya,Yunanıstan və Brüsseldə yaşadığı maraqlı hadisələri bizimlə bölüşdü.

D vitamini azlığını necə aradan qaldıraq? 03.05.2024

"Faydalı saat" verilişində həkim-dietoloq Tutu Zeynalova vitamin defisitlərindən, D vitamini azlığına səbəb olan hallardan, vitamin müalicəsi dövründən danışdı və bir sıra faydalı məlumatlar səsləndirdi.

Fotosessiya üçün ideal yerlər I Yol əhvalatı #443 02.05.2024

Qonağımız, fotoqraf Əfsər Mirzəyev İtaliya,Dubay və İzmirdə fotosessiya zamanı başına gələn maraqlı hadisələrdən danışdı.

28 milyarderin olduğu ölkə I Yol əhvalatı #442 02.05.2024

"Yol əhvalatı" da qonağımız olan Lamiyə Xəlilova Cənubi Koreya,İtaliya,Fransa,Almaniyada yaşadığı maraqlı sərgüzəştləri bizimlə bölüşdü.

Cərimə meydançasına hansı hallarda aparıla bilərsiniz? 02.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və "Qanuna Zidd" layihəsinin rəhbəri Hüseyn Məmmədzadə ilə birlikdə avtomobillərin cərimə meydançasına aparıldığı hallardan danışdıq, sürücülərin suallarını cavablandırdıq.

Uşaqlarda boy və artıq çəki probleminin səbəbləri 02.05.2024

"Faydalı saat" verilişində uşaq endokrinoloqu Ləman Sultanova ilə birlikdə uşaqlarda artıq çəki problemindən, rejimsiz qidalanmağın səbəb olduğu hallardan, azyaşlılarda boy qısalığı hallarından danışdıq.

Sürücülər yolayrıcı qaydalarına əməl etməkdə niyə çətinlik çəkirlər? 01.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolayrıcı qaydalarına əməl edə bilməyən sürücülərdən, qəza işıqlarının düzgün istifadə edilməməsi hallarından danışdıq.

Pis sürücü yaxşı sürücüdən hansı cəhətləri ilə fərqlənir? 01.05.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yaxşı və pis sürücülərdən, onların xüsusiyyətlərindən danışdıq. 

Autizm: Əlamətləri və müalicəsi 01.05.2024

"Faydalı saat" verilişində psixoloq Leyla Əli ilə birlikdə autizmin fərqliliyindən, səbəblərindən, autizmi digər sindromlardan fərqləndirən əsas əlamətlərdən və müalicəsindən danışdıq.

Məhsul harada xarab olur: istehsalda, marketdə, yoxsa mətbəximizdə?   30.04.2024

Avto FM-də yayımlanan "Faydalı saat" verilişində Tutu Zeynalova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevlə birlikdə düzgün saxlanılmayan məhsullardan, süd məhsullarının istifadə müddətindən, mətbəximizdə zərərə çevrilən qidalardan danışdı.

Danışır sakibkar I Səkinə Babayeva 30.04.2024

"Danışır Sahibkar"- da qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru, AQSİA-nın sədri Səkinə Babayeva qadın sahibkar olmağın üstün və mənfi cəhətlərindən danışdı.

Bosniyanın ən turistik yeri - Kraviçe şəlaləsi I Yol əhvalatı #441 29.04.2024

"Yol Əhvalatı"nda qonaq olan Səkinə Məmmədova, Dubay, Montenegro, Bosnia  haqqında maraqlı və faydalı  fikirlərini bizimlə bölüşdü. 

Avtomobil idarə edərkən əsəbiləşməmək üçün psixoloqdan tövsiyələr... 27.04.2024

Verliş: Qaydaları pozma Aparıcı: Sevər Hüseynova Qonaqlar: BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və Psixoloq Nizami Orucov sürücülərin  aqressiv idarəetmə səbəblərindən danışdılar və öz tövsiyyələrini verdilər...

Ət yeyək, yoxsa yox? I Faydalı saat #15 26.04.2024

Avto FM-də yayımlanan "Faydalı saat" verilişində Dr. Tutu Zeynalova ətin tərkibində olan faydalı elementlərdən, vegetarian və veqan olan insanların qidalanma fərqlərindən, veqanların səhhətindəki problemlərdən və digər maraqlı məqamlardan bəhs edib.

Toksik münasibətlər I Faydalı saat #14 25.04.2024

Veriliş: Faydalı saat Aparıcı: Dr. Tutu Zeynalova  Qonaq: Psixoloq Nizami Orucov  Psixoloq Nizami Orucov toksik münasibətlərdən, manipulyasiyanın nə olduğundan və bundan azad olmağın üsullarından, uşaqlıq travmalarının insan həyatına təsirindən və digər maraqlı məqamlardan bəhs edib.

Ən təhlükəsiz "skydivig" olan yer I Yol Əhvalatı #440 25.04.2024

Şri-Lanka səyahətinizi ancaq turla edin I Ən təhlükəsiz "skydivig" olan yer I Maldiv adaları haqqında saatlarla danışa bilərəm "Yol Əhvalatı"nda qonaq olan Şəfiqə Elşən Dubay, Şri-Lanka və Maldiv adaları haqqında maraqlı və faydalı  fikirlərini bizimlə bölüşdü.   

Sürücülər tərəfindən tələbinə əməl edilməyən nişan I Yolayrıcı #7 24.04.2024

Verliş:Yolayrıcı Aparıcılar:Rauf Mirqulamov və Valid Fərmanoğlu Yolayrıcı verlişinin qonağı nəqliyyat eksperti və təlimçi Vüqar Tahirov sürücülür və piyadaların əməl etmədiyi nişanlar barədə danışıb.

Écoute le podcast Avto FM 107.7 sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics