fr

Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com

Auteur

Avto FM 107.7

Catégorie

Leisure

Site du podcast

www.spreaker.com

Dernier épisode

23 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

Sükan arxasındakı aqressivliyimiz bizi qəzaya sala bilər? 04.06.2024

"Qaydaları pozma" verilişimizdə Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin aqressivliyinin səbəbi barədə danışdıq.

Uşaqları qəzalardan necə qoruyaq? 04.06.2024

"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli və uşaq Hüseynov Nihat ilə yollarda uşaqları qorumağın üsullarından danışdıq.

Qalxanabənzər vəzi xəstəliklərinin qarşısını necə alaq? 04.06.2024

Faydalı saat" verilişində endokrinoloq Ayna Süleymanova ilə arıqlamağa mane olan hormonlardan, zərərli preparatlardan, qalxanabənzər vəzinin funksiyasından və endokrin sistem problemlərindən danışdıq.

Hindistanda bayramlarda toy etmirlər I Yol əhvalatı #458 03.06.2024

Bu günkü qonağımız Sevil Rəsulzadə ilə birlikdə Hindistanın bir çox şəhərləri haqqında danışdıq.

Qidaları düzgün şəraitdə necə saxlayaq? 03.06.2024

"Faydalı saat" verilişində "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəli ilə birlikdə təhlükəli qidalardan, qidaların düzgün saxlanma şəraitindən, günümüzdə gənclərin məşğuliyyətindən danışdıq.

Avtomobilinizin rəngini nəyə əsasən seçirsiniz? I Yolayrıcı 03.06.2024

Bu gün "Yolayrıcı" da avtomobilin rənginin xarakterimizə təsirindən,dünyada ən populyar avtomobil rənglərindən danışdıq.

Portuqaliyada da cehiz verilir I Yol əhvalatı #457 31.05.2024

Qonağımız Mədinə Şahmuradlı Portuqaliyada qış aylarında istilik sistemi olmadığından insanların odun qırıb isinməsindən və Niderlandda insanların yaşayış tərzindən bizə danışdı.

Kruiz seçərkən nələrə diqqət edək? #456 30.05.2024

Qonağımız Vüqar Quliyev kruiz səyahətinin üstünlüklərindən, VİP turların təşkilindən, kruiz səyahətində diqqət edilməsi lazım olan məqamlardan danışdı.

Vaxtında edilən mammoqrafiya müayinəsi həyatınızı xilas edə bilər! 30.05.2024

"Faydalı saat" verilişində tibb üzrə fəlsəfə doktoru, mammoloq-cərrah Kəmalə Əliyeva ilə birlikdə onkoloji xəstəliklərin yeni müalicə üsullarından, süd vəzi xərçəngi yarada biləcək qidalardan, süd vəzi xərçənginin ilkin mərhələsinin simptomlarından danışdıq.

Özünəgüvən problemini aradan qaldırmaq üçün nələr etməliyik? 30.05.2024

"Faydalı saat" verilişində psixoloq Leyla Əliyeva ilə birlikdə insanların xarakter dəyişkənliyindən, xarakteri formalaşdıran amillərdən,özünəgüvən probleminə qalib gəlməyin yollarından danışdıq.

İpoteka üçün minimal ilkin ödəniş nə qədər olmalıdır? I İş saatı #2 30.05.2024

Qonaqlarımız, ABB-də Pərakəndə seqment sahəsinin baş mütəxəssisi Anar Hüseynov və ABB-də İpoteka sahəsi üzrə məhsul sahibi olan Vüsal Bağırov ilə sərfəli ipoteka şərtləri barədə danışdıq.

Danışır sahibkar I Aydan Hacıyeva 30.05.2024

Qonağımız Aydan Hacıyeva qadın sahibkar olmağın üstün və mənfi cəhətləri barədə danışdı.

Yay aylarında dəri xəstəliklərindən necə qorunaq? 25.05.2024

"Faydalı saat" verilişində dermatoonkoloq uzman Mehdi İskəndərli ilə birlikdə dəri xərçənginin əlamətlərindən, müayinə və müalicəsindən, dəri xərçəngi olma ehtimalı çox olan şəxslərdən, yay aylarında dərini qorumağın yollarından, dəridəki ləkələrdən və müxtəlif dəri xəstəliklərindən danışdıq.

17 000-dən çox adası olan ölkə I Yol əhvalatı #455 24.05.2024

Qonağımız Nərgiz Məmmədova İndoneziyada səyahət etdiyi adalardan, Saxara səhrasında dəvə ilə 7 saatlıq gəzintisindən bizə danışdı.

Niyə qəzaların əksəriyyətini sürücülük təcrübəsi çox olanlar törədir? 24.05.2024

"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolları yaxşı tanıyan sürücülərin arxayınlığından, sürücü məsuliyyətsizliyinin yaratdığı təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Sağlam ağciyərlər üçün tütündən necə imtina edək? 24.05.2024

"Faydalı saat" verilişində Tütünlə Mübarizə Günü ilə bağlı pulmonoloq Çağla Xurşud Hüseynova ilə birlikdə maraqlı və faydalı söhbətimiz oldu. Siqaret istifadəsi bizdən nələri alır? Elektron siqaretin bilmədiyimiz mənfi təsirləri Siqaretdən imtina niyə çətin görünür? Tütündən imtina etmək üçün vasitələr

Paytaxtın hansı küçələrində hərəkətin təşkilində problem var? 23.05.2024

"Qaydaları Pozma" layihəsində bu dəfə paytaxtın yol hərəkətində olan dəyişiklikləri, sürücülərin problem yaşadığı küçə və prospektləri BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmovla birlikdə müzakirə etdik.

"Miles" kartların üstünlükləri I İş saatı #1 23.05.2024

Qonağımız  ABB-nin əməkdaşı Anar Hüseynov "Miles" kartların üstünlüyündən,sadə və premium kartların fərqindən danışdı.

Qaraciyərimizi hepatitlərdən və yağlanmadan necə qoruyaq? 23.05.2024

"Faydalı saat" verilişində hepatoloq Hicran Xıdırova ilə birlikdə qaraciyər sağlamlığından, hepatitlərin xüsusiyyətlərindən və onlardan qorunmaq yollarından, qaraciyəri xəstə edən faktorlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.

Qeyri-peşəkar turizm agentliklərinə aldanmamaq üçün nə etmək lazımdır? I Yol əhvalatı #454 23.05.2024

Qonaqlarımız, Air Arabianın ölkəmizdəki nümayəndəsi Zöhrab Əliyev və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, turizm agentliyi seçərkən  diqqət edilməli məqamlar barədə ətraflı danışdılar.

Səhra və okeanın birləşdiyi yer I Yol əhvalatı #453 23.05.2024

Qonağımız fotoqraf Əli Əkbər Namibiyaya getməyin yollarından və qəbilənin tərkibində yaşamaq təcrübəsindən söhbət açdı.

Çində sarımsaq iyindən boğulmamaq üçün maska götürün! I Yol əhvalatı #452 23.05.2024

Qonağımız Nigar Mirzəyeva Çinin Pekin,Haynan,Quandjo şəhərlərində insanların həyat tərzi barədə müşahidə etdiklərini bizə danışdı.

Yollardakı məsuliyyətsizliyin səbəbi nədir? 22.05.2024

"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubla birlikdə sürücü məsuliyyətsizliyinin səbəblərindən, yollardakı kobud qayda və etika pozuntularından danışdıq.

Niyə xəstəlik "canımızdan çıxmır"? 22.05.2024

Mövsümi xəstəliklərin səbəbi nədir? Niyə yaz və payız xəstəliklər mövsümü hesab olunur? Ev şəraitində müalicənin müsbət və mənfi tərəfləri nələrdir? İmmunitetə təsir edən əsas faktorlar nələrdir? Bu suallara "Faydalı saat" verilişində pediatr, epidemioloq tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova ilə birlikdə cavab verdik.

Danışır sahibkar I Fərman İslamlı 21.05.2024

Qonağımız "Foriella MMC-nin" direktoru Fərman İslamlı mebellərin keyfiyyətindən, sahibkar olmağın müsbət və mənfi tərəflərindən danışdı.

Écoute le podcast Avto FM 107.7 sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics