Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.spreaker.com

Forfatter

Avto FM 107.7

Kategori

Leisure

Podcastens hjemmeside

www.spreaker.com

Seneste episode

10. jul. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

Azərbaycan İdman Akademiyasının magistr proqramlarının üstünlükləri l Şəhər adamı #65 10.04.2025

"Şəhər adamı"nın qonaqları Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva və prorektorun müşaviri Zərifə Kamilova Azərbaycan İdman Akademiyasının fəaliyyətindən, mövcud olan ixtisaslar, magistr proqramlarının üstünlüklərindən və digər maraqlı məqamlardan bəhs etdilər. 

İbizada istirahət etmək turistlərə nələr vəd edir? I Yol əhvalatı #547 09.04.2025

"Yol əhvalatı" rubrikasının qonaqları Əliyev Hüseyn və Əliyeva Səma İbiza səyahətindən, bu səyahət üçün düzgün planlamanın qurulmasından və digər maraqlı məqamlardan bəhs etdi.

Sürücülərin qəzalara səbəb ola biləcək 10 səhvi 08.04.2025

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin yollarda qəzalara səbəb olacaq əsas 10 səhvindən və diqqət etməli olduqları məqamlardan danışdıq.

Yaponiya və Cənubi Koreya səyahətlərində nələrlə qarşılaşa bilərsiniz? I Yol əhvalatı #546 08.04.2025

"Yol əhvalatı" rubrikasının qonağı turizmçi Hilal Abdullayeva Yaponiya və Cənubi Koreyaya etdiyi səyahətdən, görməli yerlərindən, mətbəxlərindən və digər maraqlı məqamlardan bəhs etdi. 

Turistlər niyə görə az bilinən istiqamətlərə səyahət edirlər? I Yol əhvalatı #545 07.04.2025

"Yol Əhvalatı" rubrikasının qonağı Abidin Məmmədli ilə tur şirkətləri seçərkən diqqət etməli olduğumuz məqamlardan, ölkə daxili turlardan, Laos , Kamboca kimi ölkələrdən  söhbət açdıq. 

İcbari sığorta ilə bağlı sürücülər nələri bilməlidirlər? 04.04.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığortanın işləmə prinsipləri və sürücülərin diqqət etməli olduqları məqamlardan danışdıq.

İşçilər üçün ideal iş mühiti necə olmalıdır? l Şəhər adamı #64 04.04.2025

 "Şəhər adamı"nın qonağı insan resursları üzrə biznes tərəfdaş Nisə Əbülhəsənova ilə iş yerində düzgün əlaqələrin qurulması, CV hazırlayarkən edilən səhvlər haqqında ətraflı söhbət etdik. 

Düzgün parklanma etməyənlərə irad bildirməliyik? 03.04.2025

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə  yolun hərəkət hissəsində düzgün parklanma etməyən sürücülər və onların hərəkətə təsirindən danışdıq. 

Afinada turistləri niyə sevmirlər? I Yol əhvalatı #544 03.04.2025

"Yol əhvalatı" rubrikasının qonağı Şəfəq Mehrəliyeva ilə 26 il sonra yenidən baş tutan Afina səyahətindən danışdıq. 

Şəxsi avtomobillərinizdən imtina etməyə hazırsınız? 02.04.2025

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ictimai nəqliyyatdan istifadənin effektivliyi və əlçatanlığından, şəhər mərkəzində avtomobilsiz həyatın üstünlüklərindən danışdıq.

Tanzaniya səyahəti turistlər üçün niyə görə sərfəlidir? I Yol əhvalatı #543 02.04.2025

"Yol Əhvalatı" rubrikasının qonaqları turizmçi İbrahim Məmmədli və tur meneceri Səfanə Məmmədova ilə Zənzibara səyahət etməyin yolları haqqında ətraflı söhbət etdik. 

Bir insanın yalan danışdığını necə müəyyən edə bilərik? l Şəhər adamı #63 02.04.2025

"Şəhər adamı"nın qonağı akmeoloq, psixoloq Rəvan Soltan ilə "Necə edək ki, yalanı başa düşək və az aldanaq ? " mövzusunda ətraflı söhbət etdik. 

İlin hansı günlərində Avropaya səyahət etməməliyik? Yol əhvalatı #542 19.03.2025

"Yol Əhvalatı" rubrikasının qonaqları influenserlər İlkin və İlkanə Zülfüqarlı ilə Avropa ölkələrinə olan səyahətlərindən söhbət açdıq. 

Yollarda təhlükəsizliyinizi artıracaq 11 məsləhət 18.03.2025

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülərin diqqət etməli olduqları 11 nüansdan, qəza şəraiti yaradan amillərdən danışdıq və mütəxəssis sürücülərə məsləhətlər verdi. 

Şri- Lanka səyahətində turistlər nələri nəzərə almalıdırlar? I Yol əhvalatı #541 18.03.2025

"Yol Əhvalatı" rubrikasının qonağı turizmçi Aida Əliyeva ilə tur operatorları seçərkən diqqət edilməli məqamlardan, Şri-Lankanın paytaxtı haqqında maraqlı məqamlardan söhbət açdıq. 

Təlimlər insan xarakterini dəyişə bilər? l Zaman maşını #95 18.03.2025

"Zaman maşını" verilişinin qonağı olan təlimçi Cəfər İbadov ilə düzgün nəfəs almamağın yaratdığı  çətinliklərdən, təlimlərin faydalarından danışdıq.

Səhv yazılan inzibati cərimələr 17.03.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yanlış yazılan inzibati cərimələrdən,bu məsələdə sürücülərin səhvlərindən, həmçinin moped və motosikletlərin yollarda yaratdıqları təhlükərlərdən danışdıq. 

Avtobus zolaqları ilə bağlı hansı yeniliklərə ehtiyac var? 17.03.2025

"Qaydaları Pozma" verilişində beynəlxalq sürücülük təlimçisi Adil Nəbiyevlə birlikdə avtobus və velosiped zolaqları ilə bağlı vəziyyətdən, təkliflərdən, çəkilməsi planlaşdırılan yeni yollardan və onların tıxaclara təsirindən danışdıq. 

Sabunçuda yüzlərlə tarixi bina var. l Şəhər adamı #62 17.03.2025

"Şəhər adamı"nın qonağı tarixçi Müşfiq Əkbər ilə Sabunçunun tarixindən, burada var olan tarixi binalardan, məşhur Sabunçu bazarının tarixindən danışdıq.

Teatr hər kəs üçün olmalıdır? l Zaman maşını #94 17.03.2025

 "Zaman Maşını" verilişinin qonağı teatrşünas Elçin Cəfərov ilə Azərbaycanda teatrın inkişaf prossesindən , teatr sahəsində olan çatışmazlıqlardan bəhs etdik. 

"Avroviziya" Mahnı Müsabiqəsinə maraq azalıb? l Şəhər adamı #61 17.03.2025

"Avroviziya 2025"in Azərbaycan üzrə media rəhbəri Turab Teymurov ilə  təmsilçimiz "Mamagama" qrupundan, "Avroviziya 2025" üçün ölkələrin təqdim etdikləri mahnılardan söhbət açdıq. 

"Avroviziya 2025" mahnımız "Run With U" necə yarandı? 14.03.2025

"Zaman maşını" verilişində "Avroviziya 2025" təmsilçimiz  "Mamagama"ilə Avroviziya hazırlıqlarından, mahnımızın yazılma prossesindən, yeniliklərdən bəhs etdik və qrup üzvlərini daha yaxından tanıdıq. 

Ronaldonun saçını düzəldən gözəllik salonu sahibi. l Şəhər adamı #60 13.03.2025

"Şəhər adamı" rubrikasının qonağı radio aparıcı və gözəllik salonu rəhbəri Nərgiz Tahirova ilə aparıcılqdan, sahibkarlıqdan , maraqlı səyahətlərindən bəhs etdik.

Nəqliyyat vasitələri hansı hallarda duracağa yerləşdirilə bilər? 13.03.2025

"Qaydaları Pozma" verilişində "Qanuna Zidd" layihəsinin rəhbəri Hüseyn Məmmədzadə ilə birlikdə nəqliyyat vasitələrinin duracağa yerləşdirilmə qaydalarından, bu prosesdə sürücülərin bilməli olduqları məqamlardan, konstruksiya dəyişikliyindən və sürücünün cərimə oluna biləcəyi hallardan danışdıq. 

Palma yağı düşünüldüyü qədər zərərli deyil. I Zaman maşını #93 13.03.2025

"Zaman maşını" verilişinin qonağı nutrisioloq Emil Allahverdiyev ilə qidalanma ilə bağlı doğru bildiyimiz yanlışlardan danışdıq.

Lyt til podcasten Avto FM 107.7 i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.