Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.spreaker.com

Forfatter

Avto FM 107.7

Kategori

Leisure

Podcastens hjemmeside

www.spreaker.com

Seneste episode

10. jul. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

Qənnadıçılığın inkişaf mərhələləri. I Şəhər adamı #103 09.07.2025

"Şəhər adamı"nda qonağımız olan “Cake School” qənnadıçılıq akademiyasının təsisçisi Emilya İsmayılova ilə kulinariyadan, qənnadıçılıq məktəbindən, diyetik şirniyyatlardan, şokolada olan tələbatdan, tortun üzərində əks olunan fiqurlardan və dünyada məşhurlaşan şirniyyatlardan danışdıq..

Boşananlarla hansı profilaktik tədbirlər aparılır? I Şəhər adamı #102 08.07.2025

"Şəhər adamı"nda qonağımız olan Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə Vəkillər Kollegiyasından, vəkil andı, vəkil marşı, boşanmanın səbəbləri və qarşısının alınması üsullarından, qeyri-rəsmi nikahlardan, məhkəmələrdən, alimentdən, inzibati xətalardan, mülki işlərdən, ailə mübahisələrindən, Mediasiyadan, həmçinin daşınmaz əmlak və torpaqla əlaqədar mühüm məsələlərdən danışdıq.

Sürücülük mədəniyyəti nədir? 08.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülük mədəniyyətindən danışdıq.

Gənc müəllimlərin şagirdlərlə rəftarındakı prinsiplər I Şəhər adamı #101 07.07.2025

"Şəhər adamı"nda qonağımız olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ingilis dili və ədəbiyyatı müəllimi, sinif rəhbəri Səbinə Məlikzadə ilə təhsildə keyfiyyətdən, məktəb şagirdləri və onların psixologiyasından, gənc müəllimlərin şagirdlərə yanaşmasından, həmçinin özəl və dövlət məktəblərinin fərqindən danışdıq.

ABB-nin "FaydaMania" məhsulu hansı fürsətləri təqdim edir? I Şəhər adamı #100 04.07.2025

"Şəhər adamı"nda qonağımız olan ABB Bank pərakəndə seqment sahəsi, məhsul sahibi Vasif Naibov ilə "FaydaMania" məhsulundan və həmin məhsulun gənclərə təqdim etdiyi fürsətlərdən danışdıq.

Yollarda hörmətsizlik edən sürücülərə qarşı reaksiyanız necə olur? 03.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda hörmətsizlik edən sürücülər barədə danışdıq.

Zəhərli sürünənlərdən özümüzü necə müdafiə edək? I Şəhər adamı #99 03.07.2025

"Şəhər adamı"nda qonağımız olan herpetoloq Anar Cəfərov ilə sürünənlərdən, zəhərli ilanlardan, ilan sancması zamanı ilkin tibbi yardım metodlarından, həmçinin vizual olaraq zəhərli və zəhərsiz ilanları ayıra bilməyin yollarından danışdıq.

Dubayda turizm sahəsi üzrə çalışmaq üçün hansı məqamlara diqqət etmək lazımdır? I Şəhər adamı #98 03.07.2025

"Şəhər adamı"nda qonağımız olan Dubayda yaşayan və turizm sahəsində çalışan Nigar Səmədova ilə Dubayın tarixi və mədəniyyəti, oradakı yaşam tərzi, həmçinin bu şəhərdə iş tapmaq, biznes qurmaq və qastronomiya haqqında danışdıq.

Yay aylarında qəzalar hansı səbəblərdən baş verir? 02.07.2025

"Qaydaları pozma" verilişində Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yay aylarında qəzaların səbəblərindən danışdıq.

Dayanma və durma: harada olar, harada olmaz? 01.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə dayanma və durmanın nə olduğundan danışdıq.

ABB ilə yaşam xərclərini necə minimuma endirmək olar? I Şəhər adamı #97 01.07.2025

"Şəhər adamı"nda qonağımız olan müştəri təcrübələri üzrə aparıcı mütəxəssis Lamiə Zülfiqarova və rəqəmsal marketinq üzrə baş mütəxəssis Nuranə Nuriyeva ilə ABB kartından - mil kartları və onların üstünlükləri, keşbek kartı haqqında, yay fürsətləri və səyahət zamanı kartın funksionallığından danışdıq.

Yollarda sizi ən çox nə əsəbiləşdirir? 30.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yollarda sürücülərin qeyri-etik davranışlarından və sürücülərin ən çox əsəbiləşdiyi məqamlardan danışdıq.

Yolayrıcında bizi hansı təhlükələr gözləyir? 30.06.2025

"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yolayrıcında təhlükəsiz idarəetmə qaydalarından danışdıq.

Şərqlə Qərbin magistr təhsilində fərqi I Şəhər adamı #96 30.06.2025

"Şəhər adamı"nda qonağımız olan magistratura hazırlığı üzrə müəllim və rəssam Fəzail Zəkəriyyə ilə səyahətdən, rəssamlıqdan, xaricdə və Bakıda magistratura təhsilinin əhəmiyyətindən danışdıq.

Futbolumuzun sabahı və inkişaf yolu l Şəhər adamı #95 25.06.2025

"Şəhər adamı"nda qonağımız olan Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev ilə birlikdə Azərbaycan futbolunun gələcəyindən, gənc istedadların dəstəklənməsi yollarından, infrastruktur layihələrindən və futbola töhfə verən ideyalar, çətinliklər və yeni hədəflər haqqında danışdıq.

Xaricdə yaşayan tələbələrimiz hansı çətinliklərlə üzləşə bilərlər? I Şəhər adamı #94 24.06.2025

"Şəhər adamı"nda qonağımız olan beynəlxalq tələbələrin uğuru və maarifləndirilməsi üzrə koordinator olan Amerikada yaşayan həmyerlimiz Məhəmməd Hacıyev ilə birlikdə xaricdə təhsil alan azərbaycanlı gənclərin inkişaf yolu, qarşılaşdıqları çətinliklər və uğur hekayələri, yeni mühitə adaptasiya və fərqli mədəniyyətlərlə qarşılaşma təcrübələri haqqında danışdıq.

Ekrana sığmayan kadrlar: mobil "filmmaker"in daxili dünyası I Şəhər adamı #93 23.06.2025

"Şəhər adamı"nda  qonağımız olan "mobiloqraf" Təraxan Tərlanzadə ilə birlikdə "mobiloqrafiya"nın incəliklərindən danışdıq. O hər bir kadrda necə hekayə yaratdığını paylaşdı.

Təhlükəli idarə edən sürücülərdən necə qorunaq? 23.06.2025

"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə nəqliyyat vasitələrini idarə edən təhlükəli sürücülərdən danışdıq.

Məsuliyyət piyadadadır yoxsa sürücüdə? 21.06.2025

"Qaydaları pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik - Leytenant  Mübariz Ağayev ilə sürücü və piyada məsuliyyətindən danışdıq.

Keramika sənətində daha önəmli olan nədir? I Şəhər adamı #92 21.06.2025

"Şəhər adamı"nda  qonağımız olan keramika dizayneri və rəssam olan Əsmər Əlizadə ilə birlikdə  həm funksional, həm də estetik baxımdan keramika işlərinin yaradılma prosesini və bu sahədə peşəkar olmağın çətinliklərini müzakirə etdik.

Qəza zamanı dəyən ziyanı kim ödəməlidir? 20.06.2025

"Qaydaları pozma" verilişində  Azərbaycan Sığortaçılar Asossasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə icbari sığortanın əhəmiyyətindən bəhs etdik. 

Qarantiya məhsulları necə fərqlənir? I Şəhər adamı #91 20.06.2025

"Şəhər adamı"nda  qonaqlarımız olan ABB Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsi - qrup rəhbəri Könül Hidayətova və koorporativ və KOS məhsulları sahəsi - baş məhsul sahibi Şükür Quliyev ilə birlikdə qarantiya məhsulları və onlar arasındakı fərqlər haqqında danışdıq.                                                                                                                    

Hansı nəqliyyat vasitələri təhlükə yaradır? 19.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla təhlükə yaradan nəqliyyat vasitələrindən, piyadaların məsuliyyətsizliyindən və s. danışdıq. 

İnteryer dizaynın harmoniyası necə olur? I Şəhər adamı #90 19.06.2025

"Şəhər adamı"nda qonağımız olan model, "Design Factor" memarlıq şirkətinin təsisçisi Nərgiz Süleymanova ilə birlikdə Pakistanda modellik fəaliyyətindən və bu ilin interyer dizayn trendlərindən  danışdıq.

Yollarda təhlükəsizliyə necə nəzarət olunur? 17.06.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yollarda təhlükəsizliyə nəzarət haqqında danışdıq. 

Lyt til podcasten Avto FM 107.7 i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.